Sinənin Estetik Bərpası

Estetik döş əməliyyatları xərçəng müalicəsindən sonra estetik narahatlıq üçün edilə bilən əməliyyatlardandır.

Bu cərrahi əməliyyatlar döş toxumasına müxtəlif növ implantlar qoyularaq həyata keçirilir və ya təbii yaşlanma prosesinə görə sallanan döşləri qaldırmaq üçün tətbiq olunur. Silikon döş xüsusilə xərçəng müalicələrindən sonra edilən əməliyyatlar sırasındadır.

Silikon döş əməliyyatları hər hansı bir səbəbdən döşlərində deformasiya, sallanma yaranan, döş həcminin bir hissəsi və ya tamamı itirilmiş xəstələrdə həyata keçirilir.

Məlumat üçün Mərkəzimizin Plastik-estetik cərrahı PhD.Dr.Rəşad Babayevə təşəkkür edirik.