Leyla Medical Center-də baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama

Nəzərinizə çatdırmaq istərdik ki, 26.07.2022 -ci il tarixində 15:48-də Təcili Tibbi Yardım vasitəsilə mərkəzimizə digər özəl tibb müəssisələrin birində müalicə alan, lakin vəziyyəti ağırlaşan pasiyent(Səudiyyə Ərəbistan vətəndaşı Muteb Almadui Saeed) təxliyə olunmuşdur.

Mərkəzimizə çatdırılan xəstənin vəziyyəti ilkin müayinə əsasında kəskin ağır olaraq dəyərləndirilmişdir (huşu soporoz, dəri və selikli qişaları kəskin avazımış, tənəffüsü taxipnoe tipli, Arterial təzyiqi 34:16, ürək döyüntüləri 106).

Mərkəzimizə köçürülən pasiyent dərhal reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinə uyğun olaraq müvafiq təyinata əsasən müalicəyə başlanılmışdır. 18:45-də xəstənin ürək fəaliyyəti dayanmış, aparılan bütün tibbi müdaxilələrə baxmayaraq 19:10-da isə bioloji ölüm qeydə alınmışdır.

Qeyd: Leyla Medical Center-da baş verən bu halla bağlı aidiyyatı orqanlara məlumat verilmiş və lazımi tədbirlər görülmüşdür.

Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarından xahiş edirik ki, mərkəzimizin hüquqlarına hörmətlə yanaşaraq, ictimai rəyi çaşdırmamaq məqsədilə haqqımızda paylaşılan hər bir xəbəri Leyla Medical Center-in mətbuat katibliyi ilə dəqiqləşdirmədən ictimailəşdirməsinlər.