Kompüter tomoqrafiya (KT) və Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsi ilə 7/24 xidmətinizdəyik!

Şüa diaqnostikasının ən informativ metodlarından hesab olunan KT müayinəsi bədənin istənilən hissəsinin təsvirini almağa imkan verir.Bu müayinə bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar , ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir.

KT müayinəsi nə üçün istifadə edilir:
- Boşluqlu orqanların patologiyaları, kontrastlı angioqrafiya müayinələri;
- kəllə sümüklərinin, burun ətrafı boşluqların, çənələrin zədələnmələri;
- anevrizmalar və damarların aterosklerotik zədələnmələri;
- döş qəfəsi orqanlarının xəstəlikləri (vərəm, pnevmoniya və s.);
- sümük və oynaqların zədələnmələri;
- beyin və kəllə sümüklərinin, döş qəfəsinin, qarın boşluğunun travmaları;
- onurğa sütunu xəstəlikləri və s.

MRT – Maqnit Rezonans Tomoqrafiya maqnetiq dalğa ilə çalışan bir üsuldur. MRT orqanizmin müxtəlif bölgələri üçün müxtəlif məqsədlərlə tətbiq oluna bilər.

MRT müayinəsi nə üçün istifadə edilir:

  • Miqren və ya baş ağrılarında;
  • Nevroloji xəstəliklərdə;
  • Beyin şişi şübhələnilən xəstələrdə;
  • Epileptik növbə keçirən xəstələrdə;
  • Göz, qulaq, çənə oynağı problemi olan xəstələrdə;
  • Onurğa problemi, disk oynamaları və disk yırtıqlarında;
  • Bel, diz kimi oynaqlar və bağların qiymətləndirilməsində;
  • İdman yaralanmalarında;
  • Ürək xəstəlikləri, döş və qarın daxili orqan xəstəliklərində;
  • Sümük quruluş xəstəliklərində və s.

MRT təhlükəsiz və ağrısız müayinədir. İnsan orqanizmi üçün tamamilə ziyansızdır, hamilə qadınlar və uşaqlar da keçə bilərlər. MRT insan bədəninin bütün daxili orqanlarını müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumaların viziullaşmasını təmin edir.