Hipertoniya

Bəzi insanlar yüksək təzyiqinin olduğundan xəbərsiz şəkildə öz həyatlarını davam etdirirlər.Lakin bu xəstəlik gizli qatil kimi zamanla orqanlara ziyan vurur və onları sıradan çıxararaq, orqan yetməzliyinə gətirib çıxarır.

Qan təzyiqinin 140/90 mm hg.st-dən artıq olması hipertoniyaya şübhə yaradır.

Lakin diaqnoz bir dəfə təzyiq ölçülməsi ilə qoyulmamalıdır. Bunun üçün mütləq həkimə müraciət edilməlidir.

HİPERTONİYANIN ƏLAMƏTLƏRİ:
- baş ağrısı
- baş dönməsi
- nəfəs darlığı
- ürəkdə çarpıntı
- görmə pozğunluğu və ikili görmə
- kəkələmə
- üzdə və bədəndə iynə batma hissi

HİPERTONİYANIN SƏBƏBLƏRİ:
- genetik faktor
- artıq çəki
- şəkərli diabet
- çox duz istifadəsi
- qeyri-aktiv həyat tərzi
- zərərli vərdişlər
- stres

Hipertoniya vaxtında müalicə edilmədikdə- insult, miokard infarktı, orqan çatışmazlığı, beyin qanamaları və s. kimi həyati təhlükə daşıyan risklər yarada bilər.
Məlumat üçün Mərkəzimizin Daxili Xəstəliklər Uzmanı Dr.Həbib Sahratova @dr.habibsahratov təşəkkür edirik.